Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2017

Azərbaycanlı qadın və uşaqların da olduğu 1400-dən çox İŞİD-çi əsir düşdü

İraq ordusu Mosulda İŞİD terror təşkilatının tərkibində olan döyüşçülər, onların yoldaşları və uşaqlarının da olduğu 1400 nəfəri əsir götürüb.

İraqlı səlahiyyətlilər saxlanılan şəxslərin böyük bir qisiminin Türkiyə, Tacikistan, Azərbaycan və Rusiyadan gəldiyini ifadə edir. Asiyadan, Fransadan və Almaniyadan da az sayda əsir var.

Norveçli Sığınacaq Düşərgəsi sözçüsü Melani Marxam mövzu ilə əlaqədar bunları söyləyib: “Onların vəziyyəti çox pisdir. Biz onların, su, qida və sığınacaq kimi təməl ehtiyaclarını qarşılayırıq. Buradan çölə çıxmalarına icazə verilmədiyi üçün onların gələcəyi naməlumdur. Biz İraq hökumətinin əsas insan hüquqlarına hörmət göstərərək, ən qısa zamanda onların gələcəyi ilə bağlı qərar verməsini gözləyirik”.

İŞİD terrorçularının ailələrinin böyük bir hissəsi Mosulun şərqindəki bu düşərgəyə 30 avqustdan sonra gəlib.


91 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber