Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2017

Tarixçi: Vəhabilər İslam abidələrini bütünlüklə məhv etməyə təlaş edir

Əl-Əzhər Universitetinin professoru Şeyx Sami əl-Əsalə “Əl-Kövsər” televiziya kanalında “Tarix həqiqətləri” verlişinin qonağı olub. Tarixçi vəhabilərin İslam abidələrini viran etmək barədə siyasət və hərəkətlərinə toxunaraq deyib: “Peyğəmbəri-əkrəm (s) öz dəyərli həyatı zamanı Bəqi qəbiristanlığını səhabələrin dəfn yeri kimi təyin etdi və daim o qəbirləri ziyarət etməyi nəzərdə saxlardı. Peyğəmbər (ə) hamıya da tövsiyə edirdi ki, səhabələrin qəbirlərini ziyarət etsinlər. Həzrət bu qəbiristanlığın müqəddəs bir məkana çevriləcəyini, Əhli-beytin (ə) orada dəfn olunacağını, insanların onların ziyarətinə gələcəklərini və onlara təvəssül edəcəklərini bilirdi”.
Professor əlavə edib: “Qəbri ziyarət etmək qeyri-şəri və vəhabilərin iddia etdikləri kimi şirkə səbəb olacaq bir hərəkət olsaydı Peyğəmbəri-əkrəm (s) öz həyatında heç vaxt bunu tövsiyə etməzdi”.
Tarixşünas və tədqiqatçı alim vəhabilərin İslam müqəddəslərini məhv etmələrinin səbəblərindən də söz açaraq deyib: “Məsələ vəhabilərin iddialarında daha böyükdür. Onlar Əhli-beytə (ə) və Peyğəmbərin (s) səhabələrinə aid olan bütün əsərləri məhv etmək istəyirlər. Vəhabilərin bu yanaşması Hicaz regionuna həsr olmayıb. Onlar 1810-cu ildə Hicaz hadisələrini törətdikdən sonra Şama doğru getdilər, Əhli-beytə (ə) aid bütün məscid və qəbirləri dağıtdılar, həmin ərazilərdə dəfn olunmuş səhabələrin qəbirlərini yandırdılar. Sonra Hələbə gedərək öz pis hərəkətlərini davam etdirdilər, İraq və Şam arasındakı yolu kəsdilər, müsəlmanları qətlə yetirdilər. 1925-ci ildə İordaniyanın şərq bölgələrinə hücum edib eyni hərəkətləri təkrar etdilər. 1920-ci ildə İraqın kürdlər məskunlaşmış məntəqələrinə tərəf irəlilədilər. Orada da 1810-cu ildə Nəcəf və Kərbəlada törətdikləri eyni cinayətləri törətdilər”.
Tədqiqatçı alim deyib: “Vəhabilər Əyəynə (Ərəbistanda Füceyrə əmirliyində yaşayış məntəqəsi) kəndinin hakimini namazı bitirdikdən sonra səcdədə olduğu halda öldürdülər. Özlərinin bu hərəkətlərinə qəzvə adı verirlər”.
Misirin Əl-Əzhər Universitetinin professoru vəhabilərin Bəqi qəbiristanlığı barədə cinayətlərindən danışaraq deyib: “Vəhabilər Bəqi qəbiristanlığını iki dəfə dağıdıblar. Birinci dəfə 1805-ci ildə Osmanlıların Ali-Səud hökumətini devirdiyi zaman baş vermişdir. Osmanlılar Mədinə şəhərini aldıqdan sonra bu şəhərin məscid və günbəzlərini yenidən düzəltdilər. 1925-ci ildə Osmanlılar süqut etdikdən sonra vəhabilər yenidən hökumət başına gəldilər və ikinci dəfə Bəqi qəbristanlığını viran etdilər, bütün günbəzləri uçurdular, Peyğəmbəri-əkrəmin (ə) və həzrətin həyat yoldaşlarının evləri kimi müqəddəs məkanlara etmədikləri hörmətsizlik qalmadı. İndiyə kimi hansı din, hansı məzhəb və ya fəlsəvə və məktəb bu cür hörmətsizliklə qarşılaşıb?”.


234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber