Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2017

Azərbaycanlı dünya çempionu Rusiyada öldürüldü

Kik-boksinq üzrə dünya kubokunun qalibi, azərbaycanlı Ramil Caniyev Rusiyanın Çelyabinsk şəhərində evində güllələnib.

Publika xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Çelyabinsk vilayətini Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəhbəri Yevgeni Mitroxin bildirib.

Cinayət sentyabrın 8-də törədilib. Azərbaycan vətəndaşı Ostrovski küçəsində yerləşən binanın həyətində öldürülüb. Xəbərə görə, cinayətkar qurbanını blokda gözləyirdi. Həkimlərin səylərinə baxmayaraq, ağır yaralanan 25 yaşlı idmançını xilas etmək mümkün olmayıb.

74.ru saytının mənbələrinin məlumatına görə, qətldə Azərbaycan sakini - 26 yaşlı Eldəniz Bağırov şübhəli bilinir. Mümkündür ki, idmançı qrup arasındakı münaqişənin qurbanı olub.

İqor Mitroxin bildirib ki, hazırda onun yeri haqqında məlumatlar müəyyən edilir.

Ramil Canıyev Çelyabinskdə yaşayır və oxuyurdu. O, 6 saylı məktəb və Ural Bədən Tərbiyəsi Universitetində təhsil alıb.


229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.11.17, 08:39
Beynəlxalq “ƏRBƏİN