Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2017

Şamaxıda xəzinə aşkarlandı: “Ya Sahibi-zaman”

AMEA Milli Azərbaycan Tarixi Muzeyi arxeoloji xəzinə əldə edib.

AMEA-dan verilən məlumata görə, dəfinəyə daxil olan numizmatik sikkələr qurumun Numizmatika və epiqrafika elmi fond şöbəsinə təhvil verilib.

Sikkələr tanınmış numizmat alim, muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d. Əli Rəcəbli tərəfindən tədqiq olunub. Alim daxil olan gümüş və mis sikkələrin XVII-XIX əsrləri əhatə etdiyini bildirib. Onun sözlərinə görə, dəfinə Şamaxıdan təsadüfi tapıntı nəticəsində əldə olunub. Xəzinənin əsas hissəsini təşkil edən gümüş sikkələr Abbasilər, Səfəvilər və xanlıqlar dövründə zərb olunub.

Ə.Rəcəbli qeyd edib ki, Gəncə və Şamaxıda zərb olunan gümüş sikkələrin üzərində fars dilində “Ya Sahibi-zaman”, “Ya Kərim” sözləri yazılıb.

Muzeyin numizmatik kolleksiyasına daxil olan bu qiymətli metallar mühüm tarixi əhəmiyyət kəsb edir./kult/


280 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber