Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2017

Daşkəsəndə 3 min illik nümunələr tapıldı

Daşkəsəndə eramızdan əvvəl XII-XI əsrlərə aid maddi mədəniyyət nümunələri aşkarlanıb.

AMEA-dan verilən məlumata görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən-Goranboy arxeoloji ekspedisiyası Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində kurqan tipli qəbir abidələrində tədqiqat işləri aparıb.

Daşkəsən-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri, dosent Bəxtiyar Cəlilov bildirib ki, aparılan qazıntılar zamanı kurqan örtüyünün altından bir-birindən 3 metr aralı 2 qəbir kamerası aşkar edilib. İri sal qayalardan istifadə edilməklə meqalitik məzar odaları hazırlanıb.

Arxeoloqun sözlərinə görə, kurqan kamerasından saxsı qab nümunələri, tunc bəzək əşyaları, asmalar, piləklər, qolbağılar, üzük, iynə, çoxsaylı mineral muncuqlar, taxta və parça qalıqları aşkar edilib. Qəbirdən tapılan zəngin tunc bəzək əşyalarının ritual xarakter daşıdığını söyləmək olar.

Kurqanda aşkarlanan maddi mədəniyyət nümunələri son tunc dövrünə, eramızdan əvvəl XII-XI əsrlərə aid edilib./kult/


78 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber