Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2017

İspaniya parçalanır: Katalonlar ayağa qalxdı - Foto

İspaniyanın Barselona şəhərində minlərlə insanın iştirakı ilə Kataloniyanın milli bayramı sayılan “Diada bayramı” münasibətilə mitinq keçirilib.

İştirakçılar yerli vaxtla 17:14-də meydana toplaşaraq nümayişə başlayıblar.

Məlumata görə, bayramın keçirilməsi üçün 1800-ə yaxın avtobus kataloniyalıları Barselona şəhərinə daşıyıb.

Qeyd edək ki, sözügedən bayram 1714-cü ildən ispanların Kataloniyanı işğal etməsindən sonra keçirilir.

Bundan əlavə, sentyabrın 6-da keçirilməsi nəzərdə tutulan Kataloniyanın müstəqillik referendumu rəsmi Madrid tərəfindən qeyri-qanuni sayılaraq təxirə salınmışdı.

Daha sonra referendum tarixi 1 oktyabra təyin edilib.




76 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.09.17, 16:35