Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2017

Rusiya geri çəkilmir: daha 155 diplomatı qovmağa hazırlaşır

Bu gün Rusiya xarici işlər naziri S.Lavrov Ammanda səfərdə olarkən mətbuat konfransı keçirib. ABŞ-la yaşanan diplomat sayı krizisinə aid suala cavab verən Rusiya diplomariyasının rəhbəri bildirib ki, ” əgər onlar kriteriya olaraq paritet prinsipini şərt kimi irəli sürürlərsə, biz də çalışacağıq bu şərtə tam əməl edək” .

Lavrov ironiya dolu cavabı ilə 5 sentyabrda BRHÇC sammitində Putinin dediklərinə əsaslandığını- yəni daha 155 Amerika diplomatını ixtisara salacaqlarını qeyd edib.

Iki böyük dövlət arasında münasibətlər gərginləşməkdə davam edir. Yaxın günlərdə başlayacaq “Qərb 2017” adlı Rusiya-Belorusiya birgə hərbi təlimləri faktiki olaraq ABŞ batalyonlarının yerləşdiyi Litva sərhəddinə yaxın yerdə keçiriləcək. Bakıda hər iki ölkənin Ordu Baş qərargah rəislərinin görüşündə də əsas bu hərbi təlimlərdə təxribatlara yol verməmək məsələləri müzakirə olunmuşdu.


225 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber