Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2017

Qatil Netanyahunun oğlundan sirli karikatura – Sorosun əlində.../Foto

İşğalçı İsrailin qondarma Baş naziri sionist Benyamin Netanyahunun oğlu Yair Netanyahunun Feysbukda paylaşdığı karikatura ölkədə əks-səda doğurub.

26 yaşlı sionistin paylaşdığı “Qida zənciri” adlı karikaturada dünyanı yəhudilərin idarə etməsinə işarə edilir.

Karikaturada Netanyahunu sərt şəkildə tənqid etməsi ilə tanınan və ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən Corc Sorosun qəribə bir varlığın qarşısında əlindəki çubuqla dünyanı tutduğu göstərilib. Həmin varlıq isə öz növbəsində bir tacirin qarşısına toxunduğu hər şeyi qızıla çevirəcəyinə inanılan fəlsəfə daşı tutub. Karikaturada həmin prosesin növbəti həlqələri kimi İsrailin keçmiş baş naziri Ehud Barak, ictimai fəal Eldad Yaniv və Netanyahunun həyat yoldaşını məhkəməyə verən Meni Naftali yer alıb.

Keçmiş baş nazir Ehud Barak Yair Netanyahunun müalicə almalı olduğunu bildirib.




242 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.11.17, 10:40