Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2017

Lavrov: “Rusiya və Hizbullahın Suriyadakı mövcudiyyəti qanunidir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Suriyanın qanuni rəhbərliyinin tələbi ilə bu ölkədə terrorizmlə mübarizə apardığını və Livanın Hizbullah hərəkatının da Suriyadakı mövcudiyyəti üçün eyni vəziyyətin aid olduğunu söyləyib.

Parstoday xəbər verir ki, Lavrov sentyabrın 11-də Əmmanda iordaniyalı həmkarı Əymən Əs-Safedi ilə keçirdiyi birgə mətbuat konfransında açıqlama verərək, Dəməşqin razılığı olmadan Suriyada mövcud olan istənilən ölkənin qanunu pozduğunu bildirib.

Lavrov ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın bəzi üzvlərinin Suriyada Nusra Cəbhəsi terror təşkilatını dəstəkləmək səylərinin qəbuledilməz olduğunu qeyd edib.

İordaniyanın xarici işlər naziri də, Əmman rəhbərliyinin Suriyada yenidən təhlükəsizliyin təmin edilməsini, bu ölkənin müstəqilliyinə yenidən qovuşmasını və Suriyada müharibəyə son verəcək bütün səyləri dəstəklədiyini söyləyib./deyerler/


255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber