Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2017

İndoneziyada Ərəbistanın İŞİD-lə əlaqəsi ifşa edildi

Ərəbistan vəhabilərinin İŞİD təkfirçi-terrorçu qrupları ilə əlaqəsi bu dəfə İndoneziyada ifşa edilib.
“Reuters” qəzeti indoneziyalı ifratçı Seyf əl-Ənamın etiraflarının bir hissəsini dərc edib. Seyf əl-Ənam terrorçu qruplarla və vəhabilərin İndoneziyada təsis etdiyi “İbn Məsud İslam Mədrəsəsi” ilə ilgili olduğu üçün həbs edilmişdir.
Cakartada keçirilən məhkəmədə Seyf deyib: “11 yaşlı oğlum İbn Məsud mədrəsəsində təlim aldıqdan sonra İŞİD-ə qoşulmaq və döyüşmək üçün Suriyaya getdi”.
Onun sözlərinə görə, oğlu atasına xəbər verib ki, o da müəllimləri kimi mədrəsədə təhsildən ayrılaraq döyüşə getmək və Suriyada İŞİD sıralarına qoşulmaq istəyir. Bu hadisə 2015-ci ildə baş verib və o, Fransa silahlı ünsürlərin qrupuna qoşulub.
Seyf əl-Ənamın oğlu 2016-cı ildə 13 yaşının tamam olmasına iki ay qalmış Crablosda hava hücumları nəticəsində ölüb.
“Reuters” yazır ki, İndoneziyadakı İbn Məsud mədrəsəsinin işi indoneziyalı uşaqları tanımaq və onları İŞİD terror qrupuna qoşmaqdır.


85 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.09.17, 09:01