Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2017

ABŞ Suriyada 11 dinc sakin qətlə yetirdi

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın İŞİD-in nəzarəti altında olan Rakkaya endirdiyi zərbə nəticəsində 11 dinc sakin həlak olub.

Bu barədə Suriyanın hüquq müdafiəçiləri məlumat veriblər.

Hüquq müdafiəçilərinin məlumatına görə, koalisiya zərbəni səhər saatlarında endirib.

BMT-nin Suriyada humanitar vəziyyət üzrə müşaviri Yan Eqeland öz bəyanatında 20 mindən çox dinc sakinin təxliyyə edilməsi üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı Rakka ərazisinin bombardmanını dayandırmağa çağırıb.

BMT-nin Beynəlxalq Müstəqil Təhqiqat Komissiyası da öz növbəsində ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın bombardmanları nəticəsində dinc sakinlərin həlak olmasından narahatlığını ifadə edib.


194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber