Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2017

İŞİD-çilər Türkiyəyə qaçır: “Artıq inanmırıq”

Son vaxtlar ağır məğlubiyyətlərə uğrayan İŞİD-in sıralarını tərk edən yüzlərlə terrorçu qaçmaq üçün Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayətinə yerləşir.

“Qardian” qəzeti son həftələrdə onlarla İŞİD-çinin Türkiyəyə girdiyini yazıb. Ölkələrinə qayıtmaq istəməyən terrorçuların gizli yollarla Türkiyəyə girəndən sonra Yaxın Şərqə, Şimali Afrikaya və Avropaya getmək istədikləri bildirilib.

Qəzet İŞİD-in keçmiş üzvlərindən birinin fikirlərinə də yer verib:

“Hazırda İdlibdə xeyli keçmiş İŞİD-çi var. Onlar qaçmaq istəyirlər. Bəziləri ailələrini son dəfə görməkdən ötrü hər şeyə razıdırlar. Artıq heç birimiz İŞİD-ə inanmırıq”.


65 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber