Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2017

Ərəbistan İsrailə görə Fələstinə təzyiqi artırır

Səudiyyə Ərəbistanı Fələstin lideri Mahmud Abbasdan ABŞ Prezidenti Donald Trampın yaxın zamanlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı sülh təşəbbüsünü qəbul etməsini tələb edib.

Bu barədə Ramallahdakı mənbələrə istinadən İsrailin “İ24Nyus” telekanalı məlumat yayıb. Televiziya bunun qəbul edilməyəcəyi halda Ər-Riyadın Abbasın istefaya getməsini tələb edəcəyini bildirib.

Qeyd edək ki, noyabrın 7-də Abbas gözlənilmədən Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlar aparmaq üçün Ər-Riyada gəlib. Ərəbdilli mətbuat Səudiyyə Ərəbistanının Mahmud Abbasa təzyiq edərək onun İran və Hizbullaha qarşı koalisiyaya cəlb edilməsinə çalışdığını bildirib.


164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 09:39
Qaşlar nə üçündür?
13.01.18, 08:37