Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2017

Ziya Məmmədovun oğlu bahalı yaxtasını satışa çıxartdı – FOTO

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Anar Məmmədov Türkiyədəki yaxtasını satışa çıxardıb. Atasının işdən çıxarılmasından sonra Anar təkcə Azərbaycandakı deyil, xaricdəki mülklərini də satışa çıxardıb. Belə ki, A.Məmmədov Türkiyədəki "Only One” adlı yaxtasını nə az, nə çox düz 19 milyon avroya satışa qoyub.

Məlumata görə, sözügedən yaxta A.Məmmədovun Londondakı şirkətinə aiddir. Bütöv adı "Baglietto Only One” adlanan yaxtanın satış elanı "M Blue Yacht”da yerləşdirilib. Yaxtada əyləncə, idman zalları olmaqla 5 otaq mövcuddur.

Mənbənin sözlərinə görə, bu yaxta Anar Məmmədovun tez-tez ziyarət etdiyi məkan olub. O bu yaxta ilə qonaqlarıyla bir neçə dəfə uzun səfərlərə də çıxıb.

"Baglietto Only One” nın satışını isə Nərgiz adlı azərbaycanlı qadın həyata keçirir. Bu qadının Anar Məmmədovun Türkiyədəki biznesinin idarəsində məsul şəxs olduğu bilinir.



96 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)
14.11.17, 23:27