Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2017

Heydər əl-İbadi: “İŞİD-lə mübarizəyə 100 milyard dollar xərcləmişik”

“Terrorçu İŞİD qruplaşmasına qarşı mübarizəyə 100 milyard dollar sərf etmişik”.

Bunu İraqın baş naziri Heydər əl-İbadi Kərbəla şəhərindəki çıxışında deyib.

O, mərkəzi hakimiyyətlə ölkənin şimalındakı Kürd Muxtar Əyaləti arasında yaranan böhrandan da danışıb. Baş nazir deyib ki, kürd xalqı ilə aralarında münasibətlərin qurulması üçün vasitəçiyə ehtiyac yoxdur: "İraq ordusuna qarşı çıxmayanların (İraqın şimalındakı kürd muxtariyyətinin “peşmərgə” adlanan silahlı dəstəsini nəzrədə tutur – “Report”) xəyanətdə ittiham olunması üzücüdür”.

Heydər əl-İbadi İraq parlamentinə seçkilərin əvvəlcədən elan olunan vaxtda – 2018-ci ilin mayında keçiriləcəyini vurğulayıb. O, Haşdi Şabinin hərbi qurum olduğu üçün seçkidə iştirak etməyəcəyini bildirib.


75 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)
15.11.17, 08:36
"DİZEL YANACAĞI BA