Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2017

İstefa verən baş nazir üzə çıxdı – Foto

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud Məkkədə keçirdiyi görüşlərdən sonra Ər-Riyada qayıdarkən onu qarşılayanlar arasında Livanın istefa verən baş naziri Saad Həriri də olub.

Kral Məkkədə film təqdimatına qatılıb və bir sıra şəxslərlə görüşdükdən sonra Ər-Riyada qayıdıb.

Səudiyyə Ərəbistanının dövlət agentliyi – SPA xəbər verib ki, kralı paytaxtda qardaşı Əmir Mukrin bin Əbdüləziz, vəliəhd şahzadə Məhəmməd bin Salman və digər şəxslər qarşılayıb. Qarşılanma mərasimində Livanın istefa verən baş naziri S.Həririnin olması da diqqət çəkib.

Xatırladaq ki, iki gün əvvəl Livan rəsmləri sabiq baş nazirin Ər-Riyadda həbs edildiyini iddia edirdilər.


84 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)
15.11.17, 08:3