Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2017

İranda güclü zəlzələ baş verib

Noyabrın 12-si axşam saat 21:48 radələrində İranın İraq sərhədinə yaxın Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub. Güclü zəlzələ həm də İraqda baş verib.

Zəlzələnin episentri İraqın Hələbçə şəhərinin cənubunda, yerin 33,9 km dərinliyində olub. Zəlzələ nəticəsində, İranın Kirmanşah əyalətinin bir neçə şəhərində yüzlərlə evə ziyan dəyib, çoxlu dağıntılar əmələ gəlib. Güclü zəlzələ, əyalətin Sərpol Zəhab, Səlas Babacani və Qəsr Şirin və digər şəhərlərində ən azı 155 nəfərin ölümünə, 1500-dən çox insanın xəsarət almasına səbəb olub. Ən çox insan tələfatı isə Sərpol Zəhab şəhərində qeydə alınıb. Təbii fəlakətin baş verdiyi bölgələrə təcili tibbi maşınları, xilasedici qüvvələr və texnika cəlb edilib. Hadisədən sonra bölgədə çoxlu güclü yeraltı təkanlar qeydə alınıb və İranın bir çox şəhərlərində, eləcə də bəzi qonşu ölkələrdə hiss olunub.


79 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)