Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2017

İran Səudiyyə Ərəbistanını Livanın daxili işlərinə qarışmaqda ittiham etdi

İran İslam Respublikasının Xarici Strateji Əlaqələr Şurasının sədri Kamal Xarrazi Livan Baş naziri Səid Həririnin istefasından danışıb. Kamal Xarrazi bildirib ki, Səid Həririnin istefası Səudiyyə Ərəbistanının Livanın daxili işlərinə müdaxiləsinin nəticəsidir. “Riyadın müdaxilələri son günlər Livan siyasətinə də mənfi cəhətdən təsir edib”, - deyə Kamal Xarrazi diqqətə çatdırıb. İranın region təhlükəsizliyi üçün qonşu dövlətlərlə əməkdaşlığa hazır olduğunu xatırladan Kamal Xarrazi Avropa İttifaqını da tənqid edib. O qeyd edib ki, Avropa İttifaqı Yaxın Şərqdə baş verən hadisələrə artıq obyektiv yanaşmalıdır./eastnews/


68 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)