Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2017

Səəd Həririn məsələsi beynəlxalq arenada araşdırılacaq

Livan, Səudiyyə Ərəbistanının Səəd Həririni Riyaz şəhərində ev dustağı etməsi məsələsini beynəlxalq arenada araşdırmaq istəyir.
Livanın agah mənbələri yazırlar ki, bu ölkə Səəd Həririnin Riyazda ev dustağı edilməsindən nigaran olduğu üçün bu məsələni beynəlxalq arenada o cümələdən BMT-nin Təhlükəsizlik Şurasında müzakirə etmək istəyir.
Livan prezidenti Mişel Aun cümə günü Səudiyyə Ərəbistanının Livanda səlahiyyətli nümayəndəsinin də iştirak etdiyi iclasda Səəd Həririnin Livana qaytarılmasını tələb etdi və onun hazırki şəraitindən nigaran olduğunu bildirdi.
Həmçinin, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah da etdiyi çıxışında təkidlə bildirib ki, Səudiyyə Ərəbistanı rəsmiləri Livanın baş nazirini ev şəraitində həbs ediblər və onu istefa verməyə məcbur ediblər.


66 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)