Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2017

Bu surəni gün ərzində oxuyan, qorunar və ruzi əldə edər

Çoxumuzun “Yasin” surəsinin fəzilətlərindən xəbərləri yoxdur. Ona görə də çətinliklərimiz, qəm və qüssələrimiz aradan getmir.
Əgər Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) onunla bağlı tövsiyələrinə diqqət etsək, görərik ki, “Yasin” surəsinin məqamı biz düşündüyümüzdən də ucadır. Əgər kimsə o fəzilətlərlə tanış olsa, ondan kamil şəkidə faydalana bilər.
Bəli, Məsumlarımız (ə) onu Quranın qəlbi adlandırıblar. Qəlb elə bir üzvdür ki, insanın yaradılışının ilk əvvəlindən var olub, ölənə qədər ona həyat verir, ruh və can onsuz bir heçdir. Bu, qəlbdir ki, insana haqqı tanıdır və batildən uzaqlaşdırır.
Bu, qəlbdir ki, Allahın müqəddəs hərəmi hesab olunur. Ona görə də Allahdan savayı heç kəsin haqqı yoxdur ki, ora daxil olsun.
Böyük arif olan Ayətullah Hacı Şeyx Müctəba Qəzvini Xorasani öz şagirdlərinə tövsiyə edərdi ki, hər gecə yatmazdan əvvəl “Yasin” surəsini oxusunlar. Onu başlayan və bitirən zaman 14 dəfə salavat desinlər. Şübhəsiz ki, bu 14 salavatın da öz sirləri vardır. Arif deyir ki, mən həyatda nəyə nail olmuşamsa, hamısı bu mübarək surənin bərəkətinə görədir. (Erfan)
Ürfan elmində “Yasin” surəsi suluk yolu üçün bir pilləkən hesab olunur ki, arif bu pilləkən sayəsində ən ali mənəvi məqamlara çatır.
Ona görə də din alimləri bu surə ilə yaxın olmuş və öz şagirdlərinə də onu qiraət etmələrini göstəriş vermişdilər.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Yasin” surəsini qiraət edər, ona bənzəyir ki, Quranı on dəfə xətm etmişdir”.
İmam Sadiq (ə) buyurur: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi “Yasin” surəsidir. Hər kim yatmazdan əvvəl və ya gün ərzində onu oxuyarsa, həmin gündə qorunar və ruzi yeyər”.
Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: “Ey Əli! “Yasini” oxu ki, onda 10 təsir vardır: hər kim onu oxuyar, əgər ac olarsa – doyar, əgər susuz olarsa – sirab olar, əgər paltarsız olarsa – geyinmiş olar, əgər subay olarsa – evlənər, əgər qorxan olarsa – əmin-amanlıqda olar, əgər xəstə olarsa – sağalar, əgər zindanda olarsa – nicat tapar, əgər müsafir olarsa – səfərdə yardım edilər. Meyitin yanında oxunarsa, Allah ona asanlıq edər. Əgər itmişi (əşyası) olarsa, itirmişini tapar”.
İmam Baqir (ə) buyurur: “Hər kim ömründə bir dəfə “Yasin” surəsini oxuyarsa, Allah dünyada, axirətdə və səmada xəlq olmuşların sayı qədər ona iki min həsənə yazar və iki min günahını pak edər. Yoxsulluğa, maddi ziyana, avara qalmağa, çarəsizliyə, dəliliyə, cüzama, vəsvəsəyə və ziyanlı xəstəliklərə düçar olmaz”.
İmam Sadiq (ə) buyurur: “”Yasin” surəsini övladlarınıza öyrədin, çünki o, Quranın xoş ətirli gülüdür”./deyerler/


90 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)