Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2017

Vəliəhddən Fələstin liderinə: Ya qəbul et, ya istefa ver!

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin lideri Mahmud Abbasa ABŞ tərəfindən hazırlanan “Yaxın Şərq barış planı”nı qəbul etməsi üçün təzyiq göstərir.

Bu barədə “Tayms” informasiya yayıb.

Məlumata görə, Mahmud Abbasın bir həftə əvvəl Ər-Riyad ziyarəti zamanı ABŞ Prezidenti Donald Tramp və Cerad Kuşner tərəfindən hazırlanan barış planı müzakirə olunub. Vəliəhd şahzadə Fələstin liderinə “Ya ABŞ deyən hər şeyi qəbul et, ya da istefa ver” deyib.

Qeyd edək ki, Mahmud Abbasdan bir həftə öncə Səudiyyə Ərəbistanını ziyarət edən Trampın baş müşaviri Cerad Kuşnerin Məhəmməd bin Salmanla qızğın “Yaxın Şərq barış planı” müzakirələrinin gecə saatlarına qədər davam etdiyi haqda məlumat yayılmışdı.


404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.18, 09:57
Saatlı sakini intihar etdi
13.07.18, 09:31
ABŞ əsgəri öldürüldü
Go to TOP