Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2017

“ABŞ qaçan terrorçuları vurmaqdan imtina etdi” - Rusiya MN

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada İŞİD terror qruplaşmasını dəstəkləyir. Bununla bağlı Rusiya Müdafiə Nazirliyi faktlar ortaya qoyub:

“Ötən həftənin sonlarında Suriya hökumət qoşunlarının Rusiya hava-kosmik qüvvələrinin dəstəyi ilə Bu-Kemal şəhərinin azad olunması üçün keçirdiyi əməliyyat ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İŞİD terrorçularına birbaşa dəstəyini sübut edən faktlar ortaya çıxardı”.

Rusiya Müdafiə Nazirliyi onu da vurğulayıb ki, ABŞ Bu-Kemaldan geri çəkilən İŞİD terrorçularına avizərbə endirməkdən imtina edib:

“Amerikalılar qəti şəkildə İŞİD terrorçularına hava zərbələri endirməkdən imtina etdilər. Əsas olaraq onu göstərdilər ki, döyüşçülər könüllü olaraq təslim olurlar və bu, Cenevrə konvensiyasının “Hərbi əsirlərlə davranış” müddəlarına uyğundur”.

Rusiya MN-i bəyan edib ki, koalisiya aviasiyası Bu-Kemalda Rusiyanın hava-kosmik qüvvələrinin təyyarələrinə mane olmağa çalışıb ki, terrorçuların təhlükəsiz qaçışını təmin edə bilsin.

Rusiya iddia edir ki, ABŞ İŞİD terrorçularını qoruyaraq onlardan Yaxın Şərqdəki maraqlarını həyata keçirmək üçün istifadə etmək istəyir.


74 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)
14.11.17, 23:27