Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2017

ABŞ-ın Qüdslə bağlı siyasətlərini odla oynamaq kimi dəyərləndiririk

Bunu “Fələstin Azadlıq Təşkilatı”-nın icraçı drektoru, ABŞ prezidentinin Qüdsü İsrailin yeni paytaxtı olaraq elan etmə xəbərinə münasibət bildirərəkən qeyd edib.
Amerikada yaşayan Saib Əriqat verdiyi müsahibədə bildirib: “Fələstin Qüdssüz mənasız və dəyərsizdir. ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq elan etməsi öz istəklərini müzakirələrə salmaq və Qüds məsələsini məhv etməkdən ibarətdir.”
“ABŞ konqresində Fələstin əleyhinə 27 qətnamənin qəbul olunması və Təşkilatımızın Vaşinqtonda olan ofisinin bağlanması üçün cəhdlər, ABŞ-ın Fələstin məsələsiylə bağlı siyasətləri barədə suallara səbəb olub.”-deyə Əriqat bildirib.
“Fələstin Azadlıq Təşkilatı” rəsmisi, ABŞ-ın Qüdslə bağlı siyasətlərini odla oynamaq kimi dəyərləndirərək bildirib: “ABŞ prezidentinin bu addımı Amerikanın probleminə çevriləcək. Qüds yalnız fələstinlilərə aid bir məsələ deyil. Bu şəhər bütün müsəlmanlara aiddir və amerikalılar bu mövzu barədə dəqiq müsahibələr aparmalıdırlar.”


69 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.17, 17:30
Avroliqada püşk atıldı