Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2017

Amerika Kərkükdə nə ardıncadır?

Bir neçə gündür ki, Amerikanın hərbi qüvvələri Kərkük əyalətinə daxil olub və K1 bölgəsində yerləşib. Kərkükün İraq Parlamentində nümayəndəsi və Kürdüstan Vətən Birliyi Fraksiyasının üzvü Məhəmməd Osman bu haqda deyib: “Bizdə olan məlumata görə, Amerika qüvvələrinin Kərkükə daxil olmasının səbəbi burada müxtəlif cinahları qorumaq və müdafiə etmək üçün İraq və kürd qüvvələri ilə müştərək əməliyyat otağı yaratmaqdır. Bunun da səbəbi Kərkükdə güc balansının pozulması və bunun ardınca bəzi cinahların təhlükə ilə üzləşməsidir. Amerika qüvvələri Kərkükdə həm əhalini qoruyacaq, həm də kəşfiyyat işləri aparacaqlar. Çünki burada hələ də İŞİD terrorçularının hərəkətləri gözə dəyməkdədir.
Onun sözlərinə görə, Bağdad hökumətinin Amerikanın hərbi qüvvələrinin Kərkükdə yerləşməsindən xəbəri var.
Jurnalistin “Bağdad hökuməti Kəkrük neftini İranın Kirmanşah əyalətinə ötürməklə bazara çıxarmaq fikrindədir. Sizin fikrinizcə, Amerika qüvvələrinin bu layihənin qarşısını almaq üçün Kərkükə daxil olması mümkündürmü?” sualına cavab verən Məhəmməd Osman deyib: “Bu qüvvələr müştərək əməliyyat otağı yaratmaq üçün Kərkükə daxil olub və onların məqsədi əhalini qorumaqdır. Bizdə olan məlumatlara görə, bunun neft məsələsinə heç bir dəxli yoxdur. Amma siyasətdə hər şey gözləniləndir. Ona görə də bu sualı onların özündən soruşmaq lazımdır ki, neft məsələsinə müdaxilə edəcəklər, ya yox”.


94 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.17, 17:30
Avroliqada püşk atıldı
10.12.17, 09:53
Müsəl