Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2017

General Qasim Süleymani Pompeonu saymadı

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin baş direktoru Maykl Pompeo İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandanı general Qasım Süleymaniyə məktub yazıb.

Bu barədə M.Pompeonun özü ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqan Fondunda çıxış edərkən deyib. Baş direktorun sözləri Amerika mətbuatında müzakirələrə səbəb olub və jurnalistlər məktubda nə yazıldığını araşdırmağa başlayıblar.

Məlum olub ki, baş direktor general Qasim Süleymanidən ABŞ-ın Yaxış Şərq bölgəsində yerləşdirdiyi hərbi hissələrə və əsgərlərə toxunmamağı tələb edib. İranın mətbuat nümayəndələri Amerika mətbuatında dərc olunan bu xəbərə biganə qalmayıb və onu tərcümə edərək yayımlayıblar.

Məsələyə münasibət bildirən İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qərargah rəisi Məhəmməd Məhəmmədi Gulpaygeyani bildirib ki, Suriyada olan general Qasim Süleymaniyə əlaqələndirici vasitəsilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin baş direktoru Maykl Pompeodan məktubu çatdırılıb. Lakin Q.Süleymani məktubu almaqdan və oxumaqdan imtina edib.

M.M.Gulpaygeyani hadisəni geniş şərh etməyib və sadəcə olaraq general Qasim Süleymaninin hərəkətini yüksək qiymətləndirib.

ABŞ-n Mərkəzi Kəşfiyyat İdarəsi hələlik məsələyə dair heç bir münasibət açıqlamayıb.

Xatırladaq ki, general Qasim Süleymani Suriyada beynəlxalq terrorçuluğa qarşı mübarizədə şücaət nümayiş etdirib, İran və dünya qəhrəmanına və haqsızlığa qarşı mübarizənin simvoluna çevrilib.


88 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.17, 17:30
Avroliqada püşk atıldı