Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2017

Generaldan xəbərdarlıq: Rusiya ABŞ peyklərini vuracaq

Rusiya və Çin kosmik peyklərə qarşı silah yaradır.

Bu sözləri ABŞ Strateji Qüvvələr komandanı Con Hayten deyib.

“Rusiya və Çin kosmosdakı peykləri vura biləcək lazer silahları üzərində çalışır. Bu ölkələr belə silahların sınaqlarını gizlətmədən həyata keçirirlər. Moskva və Pekin 1991-ci ildə Körfəz müharibəsində ABŞ-ın peykləri uğurla istifadə etdiyini gördü və ona görə də bizi bu imkandan məhrum etmək istəyir”, - Hayten bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyi də peykləri məhv edən silahlar üzərində iş aparıldığını vurğulamışdı.


75 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.17, 17:30
Avroliqada püşk atıldı