Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2017

Venesuela ABŞ-a savaş elan edir: Yeni valyuta

Venesuela maliyyə blokadasını yarmaq üçün yeni kriptovalyuta sistemi yaradacaq.

Bunu jurnalistlərə açıqlamasında Venesuela Prezidenti Nikolas Maduro söyləyib.

“Yeni valyuta ölkənin təbii zəngilikləri ilə təmin olunacaq. Bu bizə beynəlxalq ödənişləri həyata keçirməyimizdə yardım edəcək. Yeni kriptovalyutamızın adı “Petro” olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ Venesuelaya qarşı sanksiyalar tətbiq edib. Vaşinqton bu addımı Venesuela lideri Nikolas Maduronun ölkədə vətəndaş cəmiyyətini boğmağa yönələn addımlarına qarşı atdığını bildirib. Maduro isə ABŞ sanksiyalarını ölkənin daxili işlərinə müdaxilə adlandırıb.


88 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.17, 17:30
Avroliqada püşk atıldı