Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2017

Polisin rüşvət tələb etdiyi azərbaycanlı özünü yandırıb

Rusiyada ticarətlə məşğul olan azərbaycanlı polis əməkdaşlarının ondan rüşvət tələb etməsinə etiraz əlaməti olaraq özünü yandırıb.

Hadisə Moskva ətrafındakı Korolyov şəhərində, Qrabina küçəsində baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

“MK” agentliyi həmin şəxsin Moskva ətrafında meyvə-tərəvəz satışı üçün çadır açan Rövşən Allahverdiyev olduğunu xəbər verib. Faktla bağlı cinayət işi açılıb.

Hadisə ilə əlaqədar 1 polis əməkdaşı saxlanılıb və ona qarşı ittiham irəli sürülərək həbs edilib. İstintaq cinayətin baş verməsinə səbəb olmuş digər polis əməkdaşlarının da kimliyini araşdırır.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları R.Allahverdiyevdən xeyli miqdarda rüşvət tələb ediblər.


89 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.17, 17:30
Avroliqada püşk atıldı