Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2017

Braziliyalılardan ibarət yığmamız Rusiyaya məğlub oldu

Xəyanətkar Əliyev rejimi futzal üzrə Azərbaycan millisinə 6 braziliyalı futbolçu alıb...

İranın İsfahan şəhərində təşkil olunan "Dörd millət"  turnirində iştirak edən futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

AFFA məlumat verir ki, Rusiya yığması ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Kardosa Everton, Karvalho dos Santos və Villiams Oliveira do Nascimento fərqlənib.

Aktivində 1 xal olan millimiz növbəti oyununu dekabrın 6-da, Bakı vaxtı ilə saat 09:30-da Qazaxıstan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəl millimiz İran yığması ilə 3:3 hesablı bərabərə qalmışdı.


90 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.17, 17:30
Avroliqada püşk atıldı