Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2017

ABŞ polisi 25 yaşlı iranlını öldürdü –Tehran nota verdi

Amerikada 25 yaşlı iranlı Bijən Qeysərinin ABŞ polisi tərəfindən öldürülməsi İranda ciddi etiraza səbəb olub. Ötən həftə B.Qeysəri Nyu-Yorkda polis tərəfindən başından tapança ilə vurularaq öldürülüb.

Dekabrın 5-də İranın Xarici İşlər Nazirliyi ABŞ-a not verib. İran XİN-nin rəsmi nümayəndəsi Bəhram Qaseminin sözlərinə görə, nota İsveçrənin İrandakı səfirinə təqdim edilib.

Notada İran tərəfi hadisənin ciddi şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını və B.Qeysərinin ailəsinə kompensasiya verilməsini tələb edib.

Xatırladaq ki, İran ilə ABŞ-ın diplomatik əlaqələri olmadığı üçün İsveçrənin Tehrandakı səfirliyi rəsmi Vaşinqtonun maraqlarının müdafiəçisi qismində də fəaliyyət göstərir. İranın ABŞ-dakı maraqlarının müdafiəçisi isə Pakistan səfirliyidir.


467 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP