Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2017

Saakaşvili Poroşenkonu oyuna saldı: Yeni Maydan... - Martınov

Kiyevdəki son hadisələr göstərdi ki, Mixail Saakaşvili Ukrayna hökumətini provokasiyaya çəkə bilib.

Bunu “RİA Novosti” agentliyinə açıqlamasında rusiyalı politoloq Aleksey Martınov söyləyib. Onun sözlərinə görə, əgər Saakaşviliyə dəstək güclü olsa, o zaman Yeni ilə qədər Ukraynada yeni dövlət çevrilişi gerçəkləşəcək:

“Onun addımları axır ki, hakimiyyəti qıcıqlandıra bildi. Bu gün Poroşenko və polisləri hücuma keçdilər. Hadisələrin bundan sonra necə inkişaf edəcəyini söyləmək çətindir. Ona bundan sonra əhalinin, oliqarxların, medianın nə qədər dəstək verəcəyini demək tezdir. Çevriliş üçün bunlar Ukraynada çox vacibdir. Əgər bunlar yetərli olsa, o zaman Saakaşvili bacaracaq, əgər olmasa, onda Yuliya Timoşenko kimi həbsdə oturmalı olacaq. İstənilən halda Yeni ilə qədər Ukraynada situasiya dəyişəcək. Kiyevdə indi baş verənlər yeni hadisələrin başlanğıcıdır”.


68 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.17, 17:30
Avroliqada püşk atıldı