Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2017

Belə iqtidara xalqı, dövləti etibar etmək olmaz

Hakimiyyət hələ də düşüncə baxımından 20-ci əsrin balağında ilişib qalıb. Topuqdan yuxarıda olmaq ona xüsusi zövq və vurğunluq gətirir. Bu aşağılıq özünü düşünməyə bəs edir. Bazar qanunlarına söykənmək nəticəsində Respublika Vətən, Xalq mahiyyətini itirməkdədir. İnsanlara alıcı – satıcı yanaşması mövcuddur. Azərbaycan vətəndaşı olmaq əksər insanlardan güclü dözüm və böyük qüvvə tələb edir. Çünki burada insan həyatının da öz qiyməti var. Ölkədə kimisə həyatından məhrum eləmək sərçə, sığırçın həyatına qəsd eləmək kimi bir şeydir. Ona görə sərçə, sığırçın adı çəkirəm ki, bütün mövsümlərdə onları ovlayanlar heç bir məsuliyyət daşımır. İstənilən rayon, şəhər məhkəmələrinin son 100 məhkəmə işinə nəzər salınsa , o işlərin 80-də qeyri obyektivliyin şahidi olarıq. Bütün bu haqsızlıqlar, insanların yaxşı yaşamasına maneələr, rüşvət hamısı mədə- bağırsaq üçündür, xirtdək üçündür. Axı mədə -bağırsağa, boğaza xidmət eləmək yaşamaq deyil. qarından vacib Vətən, Xalq var. Dünyada qarından vacib dövlətlərin, xalqların müqayisəsi var, Torpaq, vicdan sevgisi , mənəvi ucalıq var. Tək özlərini düşünənlər ətrafınıza baxın. Gündə üç dəfə paltar dəyişmək, gündə üç dəfə hamama girmək müasirlik deyil axı. Gündə üç dəfə hamama girmək müasirlik olsaydı, bütün gününü suda keçirən qurbağalar müasirliyin rəmzinə çevrilərdi. Təbii ki, mənim yazdıqlarım təmizliyə və yaxşı geyimlərə qarşı deyil. Sadəcə, hər şey qaydasında gözəldir. Müasirlik düşüncədən, insanın iç dünyasından gəlir. Mənim üçünsə müasirlik həyatda insanlardan fərqlənməmək istəyidir. Görünür, vaxtında C. Məmmədquluzadəni, Ə. Haqverdiyevi, M. Ə. Sabiri oxumamısız. Mənim üçün bu ədiblər insani münasibətlərdə mənəvi konstitusiyamızı yaratmışlar.(hüquqi baxımdan demirəm)Bu ədiblər mənəvi konstitusiyamızın banisidirlər. Çünki, bu müəlliflərin əsərlərini öyrənənlər hətta hüquqi savada malik olmasalar belə , cəmiyyətdə nəyin pis , nəyin yaxşı olduğuyla bağlı düzgün qərara gələ bilirlər. Bu hakimiyyət Azərbaycan xalqı üçün kölgə qədər əhəmiyyətsiz, kölgə qədər təsirsizdir. Hakimiyyəti monarxiya düşüncəsindən xilas etməliyik, hüquqi vasitələrlə yola salmaqla. Məmurların Azərbaycan cəmiyyəti üçün bir yanaşması mövcuddur. Filankəs Dövlətin, Xalqın xeyiri, faydası üçün nə verə bilər yox, şəxsi həyatımda varlanmağım üçün mənə nə verə bilər “fürsətcilliyi” var. Məhz bu baxımdan Ölkədə istedadlı insanlara qarşı “səlib” yürüşü mövcuddur. Təfəkkürlü insanları mənəvi baxımdan məhv etməyincə , həyatdan küsdürməyincə əl çəkilməz. Xarici ölkələrin birində belə bir deyim var. Finişə çatmayan atları güllələyirlər. Bizdə isə finişə çatmağı ehtimal edilən atları güllələyirlər, zaman – zaman. Bu yanaşma nəticəsində bir Xalq kimi ƏSRLƏRİ itirdik. Eləcə də 3-cü eramızı da itirə-itirə gedirik. O da bir həqiqətdir ki, Azərbaycan cəmiyyətində “axmaq” doğulmaq faciə deyil. Ölkədə “axmaq” doğulub müqəddəs də olmaq mümkündür. Oğulsansa təfəkkürlü doğul. Baxın, bu, faciədir. Təfəkkürlü doğuldunsa insanların sənə acımağından başqa sənə bir yol qoymayacaqlar. Məhz bu düşüncəyə malikliyimiz bizi Dövlət, Xalq, cəmiyyət kimi çökdürür. Yoxsa bizim hakimiyyət düşüncə baxımından xarici ölkə rəsmilərinin dizindən olmazdı. Məmurlarımız 20-ci əsrin balağında yellənməzdi. Nəhayət, bu düşüncədən imtina etsəydik, bu günki iqtidara Dövlətimizi, Xalqımızı etibar etməzdik.

Hikmət Nikbin


124 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.17, 17:30
Avroliqada püşk atıldı