Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2017

ABŞ-dan Saakaşvili ilə bağlı Kiyevə - Mühüm çağırış

ABŞ Ukraynadakı bütün tərəfləri Mixail Saakaşvili məsələsində güc tətbiqindən qaçmağa çağırır.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert söyləyib.

“Biz bu situasiyanı diqqətlə izləyirik. Biz Ukrayna hökuməti ilə sıx əlaqədəyik. Sizin də bildiyiniz kimi, Vaşinqtonun Kiyevlə yaxşı münasibəti var, amma bu o demək deyil ki, biz hər şeylə razıyıq. Biz Ukrayna hökumətini situasiyanın deeskalasiyasına çağırırıq. Əgər Ukrayna hökuməti kimisə həbs edirsə, bu ölkənin qanunları və insan haqları çərçivəsindəki beynəlxalq öhdəliklər əsasında olmalıdır”, – deyə o bildirib.


80 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.17, 17:30
Avroliqada püşk atıldı