Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2017

Fələstin üçün ən kiçik yaxşılıq... - Aksiya

ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsi Əlcəzairin bir neçə şəhərində etirazlara səbəb olub.

Keçmiş baş nazir Əbdüləziz Bilhədəm, siyasətçilər, millət vəkilləri, tələbələr və xeyli sayda insanın iştirak etdiyi etiraz aksiyasında ABŞ əleyhinə şüarlar səsləndirilib. Onlar qərar qarşısında səssiz qalmayacaqlarını və Qüdsün heç bir zaman yəhudilərin paytaxtı olmayacağını söyləyiblər.

“Bu insan sıxlığı Fələstin üçün edə bildiyimiz ən balaca yaxşılıqdır”, - deyə Bilhədəm qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bir çox ölkədə bu qərara etiraz olaraq aksiya təşkil edilir.


290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP