Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2018

Rusiyanın möhtəşəm silahı - Yarım tonluq “Drel”

500 kiloqramlıq “Drel” bombaları 2018-ci ildə Rusiya hava-kosmik qüvvələrinin sərəncamına verilə bilər.

Bu barədə “Texmaş” konserninin baş direktoru Vladimir Lepin danışıb.

Lepinin sözlərinə görə, Müdafiə Nazirliyi tərəfindən ilk dəfə 2016-cı ildə sınaqdan keçirilən “Drel”lər düşmənin ağır texnikasını asanlıqla məhv edə bilər. Bombanın 30 kilometr məsafədə dağıdıcı qüvvəyə malik olması daşıyıcının (təyyarə) düşmənin hava hücumundan müdafiə qüvvələrinin təsir dairəsinə girmədən əlavə risklə qarşılaşmasına əngəl olacaq.

“Drel” bombası təkbaşına ərazidə yerləşmiş bütöv bir batareyanı məhv edəcək və ya tank karvanını sıradan çıxaracaq partlayış qüvvəsinə malikdir.

Qeyd edək ki, radarlar tərəfindən praktiki olaraq müşahidə oluna bilməyən “Drel” bombalarının dünyada analoqunun olmadığı bildirilib.


72 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi