Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2018

ABŞ-IN DÜNYADAKI İMPERATORLUĞU SONA ÇATIR

Donald Trampın prezident seçilməsindən sonra ölkədə parçalanma meyilləri artıb

"ABŞ-ın günü-gündən artan hərbi xərcləri sonda sistemin çökməsinə və Sovet İttifaqının son günlərindəki kimi yanıb kül olmasına gətirib çıxaracaq”. Bunu Amerikanın sabiq prezidentliyə namizədi, eks-senator Ron Paul deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın iqtisadi bilikləri bu dəhşətli sondan qaçmağa imkan verməyəcək: "Sovet sistemindəki kimi ani və dəhşətli sona doğru irəliləyirik. O zaman sovetlərdən bir neçə dövlət ayrıldı. Bizim ştatlarımız ayrılmayacaq, amma dünyadakı imperatorluğumuzun sonu çatacaq. Son günlər ABŞ-ı və digər ölkələrdəki nüfuzumuzu ayaqda saxlamaq üçün külli miqdarda pul xərcləyirik. Silah gücünə bəzi ölkələrə sanksiya tətbiq etdirik.

Bu isə sonumuzun çatması deməkdir”. Əslində SSRİ-nin sonunu gətirən amil sadəcə hərbi xərclərin artırılması, yaxud militarist siyasətə üstünlük verilməsi deyildi. Nəhəng imperiyanın süqutunun başqa ciddi səbəbləri var idi. Lakin Paul iddia edir ki, sadəcə hərbi xərclərin durmadan artırılması Amerikanı çökdürmək üçün yetərlidir.

Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Azər Rəşidoğlu bildirib ki, ümumiyyətlə, Donald Trampın prezident seçilməsindən sonra ABŞ-da parçalanma meyilləri artıb. Analitik xatırladıb ki, Amerika Birləşmiş Ştatlarında əvvəlki dövrlərdə də belə hallar baş verib:

"Texas və s. ştatlar müəyyən dövrlərdə ABŞ-dan ayrılmaq istədiklərini dilə gətiriblər. Çünki məhz Texasda ayrılıq meyilləri daha güclüdür. Hazırda Kaliforniyada da eyni meyillər hiss edilməkdədir. Ancaq hesab etmirəm ki, Amerika Birləşmiş Ştatları tamamilə parçalana bilər. ABŞ-ın iqtisadiyyatı və dünyadakı proseslərə təsiri bu ölkənin parçalanmasından danışmağın hələ çox tez olduğunu söyləməyə əsas verir.

Lakin Vaşinqtonun Avropa ilə qarşıdurması, Rusiya, İran və Türkiyə ilə düşmənçiliyi bu ölkənin gələcək perspektivini sual altında qoya bilər. Hərbə və uzaq ölkələrin işğalına həvəs göstərməsi Amerika Birləşmiş Ştatlarının vəziyyətini çətinləşdirir”.


182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP