Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2018

Ayətullah Xamenei: "İnqilab, düşmənin kökünü İranın siyasi arenasında kəsib atıb"

Bu gün İslam inqilabının rəhbəri Qum əhalisi ilə görüşdə İranda baş verən son olaylar barəsində açıqlama verdi.

İran xalqı Amerika və İngiltərəyə bildirdi ki, bu dəfə də bacarmadınız, yenə bacarmayacaqsınız!
Düşmənin 40 ildir bizə qarşı gördüyü bütün işlər əks-inqilabdır. Çünki inqilab düşmənin İranın siyasi arenasında kökünü kəsib atmışdır. Mövzu 1 ilin, 2 ilin yaxud 5 ilin mövzusu deyil. Döyüş, millətin millətin ziddinə olanlarla döyüşüdür. Döyüş, İranın İranın ziddinə olanlarla döyüşüdür. Döyüş, İslamın İslamın ziddinə olanlarla döyüşüdür. Və bu davam edəcək. Düşmən hər dəfə əks-hücuma keçir və hər dəfə məğlub olur. Səy edir, amma işi irəli apara bilmir. Səbəb isə millətin buna qarşılıq verməsidir. Millət bütün qüdrətilə Amerikaya, İngiltərəyə və Londonda əyləşənlərə deyir ki, bu dəfə də bacarmadız və gələn dəfə də bacara bilməyəcəksiniz. Onu da bildirim ki, xalqın düşmənə qarşı ayaqlanması sıradan bir iş deyil. Tam əminliklə deyirəm ki, dünyanın heç bir yerində belə bir şey yoxdur. Xalq şuluqluq salanların törətdiklərini gördükdən sonra müxtəlif yerlərdə küçələrə çıxdı. Və düşmən muzdurlarının öz işindən əl götürmədiyini gördükdə, yürüşlər daha da çoxaldı. Sonrakı günlər bu yürüşlər Qumda, Kirmanşahda, Məşhəddə, Şirazda, Təbrizdə və başqa şəhərlərdə də keçirildi. Millətin düşmənə qarşı bu bəsirətliliyi 40 ildir davam edir.
Xalqın həqiqi tələblərilə törədilən vəhşiliklər arasında fərq qoymalıyıq. Bayrağı yandırmağın, Quranı və İslamı təhqir etməyin xalqın tələblərilə heç bir əlaqəsi yoxdur. Son günlər baş verənlər haqqında təhlillər aparılır və hamısında ortaq mövqe budur ki, haqlı tələblərlə küçəyə çıxanlar və vəhşiliklər törədənlər ayrı-ayrı dəstələrdilər.
Haqqı tapdalanan şəxsin etiraz etməsi təbiidir. Ola bilsin yüz nəfər, yaxud beş yüz nəfər bir yerə yığışaraq etiraz etsin, öz sözünü desin, bu onların haqqıdır. Lakin bir dəstə bundan sui-istifadə edərək Quranı, ölkənin bayrağını və məscidləri yandırırsa, bu artıq iğtişaşdır. Bu başqa bir məsələdir. Öz haqqını və yaxud biraz artıq tələb edənlər, etirazçılar bu ölkədə həmişə olub, indi də var. Ölkədə bir sıra müəssisə və təşkilatlarda, dövlət idarələrində və digər sahələrdə xalqı narazı salacaq hallara yol verilib. Mənə xəbərlər çatır, bir sıra şəhərlərdə hansısa müəssisə və ya idarə qarşısında etiraz aksiyaları keçirilir. Bu həmişə olub, heç kəs bununla müxalif deyil. Mütləq şəkildə o problemlər araşdırılmalı, həll olunmalıdır. İnsanların problemləri eşidilməli, çarə olunmalıdır. Biz hamımız məsuluq. Mən özüm də məsulam. Hamımız problemlərin həlli istiqamətində çalışmalıyıq. Lakin bütün bunların ölkə bayrağını və Quranı yandırmaqla, kimlərinsə dini etiqadını təhqir etməklə heç bir əlaqəsi yoxdur. Bu, təşkil olunmuş bir plan idi.
Baş verən hadisələrdə "üçlük" fəal idi. Kim idi onlar? Bunlar saxlanıların etirafı və həmçinin kəşfiyyat xidmətinin əldə etdiyi məlumatlardır. Amerika və sionistlər neçə aydır ki, İran haqqında bir plan üzrə işləyirdilər. Kiçik şəhərlərdən başlayıb böyük şəhərlərə və oradan paytaxta sirayət edən bir hərəkat üzrə işləyirdilər. Amma bunun üçün pul lazım idi ki, Amerika daha pul xərcləmək istəmir. Pulu körfəz ölkələri təmin etdilər. Üçüncü dəstə isə Mücahidini-Xəlq təşkilatldır. Terrorlar edən, adam öldürən münafiqlər. Neçə aydır təşkilatlanırlar. Özləri də bunu öz mətbuatlarında etiraf eirlər. Amerikalılarla irtibatda olduqlarını, daxildə olan adamlarıla camaatı küçələrə çıxartmaq üçün danışıqlar apardıqlarını özləri bildirirlər. "Bahaçılığa yox" şüarı ilə etirazlara başladılar. Bu elə bir şüardır ki, hamının xoşu gəlir. Camaat onlara qoşuldu. Camaat ki, onlara qoşuldu, camaatı öz məqsədlərinə qarşı yönləndirdilər. Bir tərəfdən "canım İrana fəda olsun" deyirdilər, digər tərəfdən bayrağı yandırırdılar. Şüursuzlar anlamırdılar ki, bu iki şey bir-birilə düz gəlmir. Ümumiyyətlə siz nə vaxt canınızı İrana qurban verməyə hazır olmusuz? Müharibə zamanı canını düşmən müqabilində sipər edən və 300.000 şəhid olanlar inqilabçı və hizbullahçı adamlar olublar. Siz o zaman harada idiz ki, indi canım İrana fəda olsun deyirsiz? Amerika əsəb içindədir. Amma tək məndən yox. Sizdən, İran xalqından, İran dövlətindən ki, yenə məğlub oldu. İndi də Amerikanın dövlət məsulları deyir İran höküməti xalqından qorxur. Xalqdan niyə qorxmalıyıq? İran dövləti xalqdan yaranıb və xalqa məxsusdur. Sonra deyirlər İran dövləti Amerikadan qorxur. Əgər Amerikadan qorxuruqsa, necə oldu sizi 80-ci illərdə İrandan bayıra və indi də regiondan bayıra atırıq? Amerika rəhbərləri bunu bilsinlər ki, hədəfləri boşa çıxdı. Mümkündür yenə səy etsinlər. Amma bilsinlər ki, yenə başları daşa dəyəcək. Bilsinlər ki, bu neçə gündə bəzi zərərlər vurublar ki, bu cavabsız qalmayacaq. Amerikanın başında olan o zahirdə normal adam olmayan bilsin ki, bu nümayişkaranə dəlilikləri cavabsız qalmayacaq. Və həmçinin xaricdə və çox təəssüf daxildə olan Amerika sevərlər də bilsinlər ki, hökümət möhkəm dayanıb və Allahın lütfülə bütün çətinlikləri, problemləri və zəiflikləri aradan qaldıracaq.
Polis, Bəsic, Sepah öz vəzifələrinə yaxşı əməl etdi. Hökümətin yüksək rütbəli məmurları buna görə onlara təşəkkür etdilər və mən də öz təşəkkürümü bildirirəm.
O yeniyetmə və cavan ki, sosial şəbəkədə yazılanlardan həyəcana gəlib küçəyə çıxıb və hətta xilaf iş görübsə də, onunla aranı qatışdıranlar arasında gərək fərq qoyulsun. Baş verənlərdən vəcdə gəlib söz deyən və şüar səsləndirənlə, bu şüarı təlqin edənlər eyni tutulmamalıdır. Onlara bu yolun səhv olması anladılmalı və onları düzgün yola yönəltmək lazımdır. Xomeynişəhr və Tuyserkanda adam öldürənlərlə həyəcana gəlib hərəkət edənlər bir tutulmalıdır.


111 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi
19.01.1