Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2018

ABŞ terrorçuların ərazilərini rəsmən tanımaq istəyir

Rəsmi Vaşinqtonun bu yaxınlarda Suriya ərazisində Fərat çayının şərqində kürdlərin başçılıq etdiyi "Suriya Demokratik Qüvvələri"nin əlindəki 28 min km-lik ərazini diplomatik şəkildə tanımaq üzrə konkret addımlar atması gözlənilir.
Bunu yüksək vəzifəli rəsmiyə istinadla beynəlxalq “Asharq Al-Awsat” qəzeti bildirib.
Rəsmi bildirib ki, hazırda ABŞ administrasiyasında Suriya üzrə yeni strategiyanın qəbul edilməsi prosesi gedir. Suriyada Amerikanın mövqe dəyişikliyinin ilk “konkret əlaməti” müdafiə naziri Cim Mettisin SDQ (Suriya Demokratik Qüvvələri)-nin Suriyada nəzarət etdiyi bölgələrə “diplomatlar” göndərəcəyini deməsidir.
Vaşinqton bundan əlavə İŞİD-dən sonrakı dövrdə yerli şuraların qüvvədən salınmasında israrlıdır. Onun sözlərinə görə, kürd qüvvələrinin nəzarətindəki əraziləri diplomatik cəhətdən tanımaq mərhələsinədək ABŞ-ın məqsədi Suriyada yenidənqurma təşəbbüslərini dəstəkləmək, ictimai xidmət və infrastrukturu gücləndirmək, qurmağı planlaşdırdığı dövlət orqanlarının hazırlığını aparmaq, SDQ sahələrini qorumaq və hərbi bazalarının təminatını təmin etməkdir.
Türkiyə Respublikası kürdlərin rəhbərliyindəki SDQ-ni rəsmən terrorçu hesab edir və onlara hərbi yardım göstərən ABŞ-a dəfələrlə etiraz edib.


62 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi
19.01.18, 1