Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2018

ABŞ-ın Suriyada yeni planları var

ABŞ 2011-ci ildən bu yana Suriyada oynanılan siyasi şahmatı öz xeyirinə dəyişdirməyə çalışır.

Bunu “Tasnim” agentliyinə açıqlamasında iranlı politoloq Həsən Hanizadə söyləyib.

“ABŞ-ın hədəfi təkcə prezident Bəşər Əsədi devirmək deyil. Onlar Əsədi devirdikdən sonra Qolan təpələrindən Deraya qədər uzanan məsafədə xüsusi muzdlu ordu qurmaq istəyirlər. Bu ordu İsrailin təhlükəsizliyi üçün nəzərdə tutulub. ABŞ hazırda Suriyada yeni plan hazırlayır. Onlar Mərkəzi Kəşfiyyat İdarəsi və MOSSAD-ın Yaxın Şərq mərkəzini Suriyaya daşımaq istəyirlər. Bununla İranın və tərəfdaşlarının Suriyadakı varlığına mane olmağa çalışırlar”, - o bildirib.


67 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi
19.01.18, 13:08