Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2018

Qeys Xəzəli: İfratçı düşüncələr olduqca terrorçu təşkilatlar yaradacaq

Yanvar 8-də BMT-nin göndərdiyi nümayəndə Pan Kubiç “Əsaibu Əhli Əl-Həqq” Hərəkatının baş katibi Qeys Xəzəli ilə görüşüb. Bu görüşdə müxtəlif məsələlər, o cümlədən İraqın xalq könüllü qüvvələri olan “Həşd Şəbi”, terrorçu təfəkkürlərlə mübarizə, gələcək seçkilər və iraqlı köçkünlər məsələsi müzakirə olunub və fikir mübadiləsi aparılıb.
“Əsaibu Əhli Əl-Həqq” Hərəkatının baş katibi İŞİD üzərində qələbə münasibətilə təbrik edib və bu qrupun İraqda məhv olduğunu bildirərək deyib: “Bu qələbə, bütün xalqların İŞİD üzərində olan qələbəsidir. BMT-nin İraqda olan nümayəndəsi həqiqətləri beynəlxalq arenaya çatdırmaqla bu barədə böyük rola sahibdir.”
Qeys Xəzəli əlavə edib: “Həşd Şəbi qüvvələri terrorçularla mübarizədə uğurlu təcrübələr əldə etdi. Bu təcrübələrdən bölgənin müxtəlif yerlərində, o cümlədən Misirdə istifadə etmək olar. Təbii ki, bütün bunlar, İraq dövlətinin, xüsusilə baş nazirin göstəriş və icazəsi ilə mümkündür.”
“Əsaibu Əhli Əl-Həqq” Hərəkatının hərbi qolunun siyasi qolundan ayrıldığını vurğulayan Xəzəli deyib: “İraqın könüllü xalq dəstələri Heydər əl-İbadi ilə yaxın əlaqələrə sahibdir. Bu hərəkat siyasi partiyaya çevrilərək, İraqın növbəti parlament seçkilərində iştirak etmək niyyətindədir. Biz parlament seçkilərinin vaxtında keçirilməsinə təkid edirik. Bəzi cərəyanlar və qüvvələr, köçkünləri bəhanə edərək, bu məsələni təxirə salmağa çalışır.”
Şeyx Xəzəli bundan əlavə, terrorçuların sələfi əqidəsinin və İbn Teymiyyənin düşüncələrinin köklü şəkildə araşdırılmasını vurğulayıb.
O sözlərinin davamında bildirib: “Bu araşdırmalar əhli-sünnənin, xüsusən “Əl Əzhər” universitetinin dəstəyi ilə, həyata keçirilməlidir. Çünki bu məsuliyyət hamının, xüsusən BMT və beynəlxalq arenanın öhdəsindədir. Bu düşüncələr baykot olunmalı və beynəxalq cinayət siyahısında yerləşdirilməlidir. Təkfirçi düşüncələri qaldıqca terrorçu təşkilatlar da yaranacaq və onların fəaliyyətləri dünyanın hər yerinə yayılacaq.”
BMT nümayəndəsi də öz növbəsində təşkilatın “Həşd Şəbi”-yə qarşı dəyişilməz və sabit mövqeyindən söz açaraq, İraq xalqına bu qələbələrlə bağlı təbriklərini bildirib. Bundan əlavə o, “Əsaibu Əhli Əl-Həqq” Hərəkatının baş katibinin siyasi və hərbi qolların ayrılmasıyla bağlı fikirlərini təqdirə layiq adlandırıb.
Pan Kubiç da öz növbəsində terrorçuluğa səbəb olan düşüncələrin araşdırılması və qara siyahılara alınması fikrini dəstəkləyib.


250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP