Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2018

“Amerika üçün oyuncağa çevrilmiş Muhəmməd bin Salman”

Ərəbistanın keçmiş və ölmüş kralı, kral Abdullahın yeznəsi, şahzadə Salman bin Əbduləzizin həbs olunaraq, işgəncə edilməsinin ardınca bu ailənin vəkili hazırkı Ali-Səud rejiminə qarşı ifşaçılıq edib.

Şahzadə Salman bin Əbduləzizin fransalı-livanlı vəkili Eli Hatem deyib: “Səud ailəsindəki geniş həbslər çərçivəsində cari il yanvarın dördündə xüsusi qvardiya qüvvələri səud vəliəhdi Muhəmməd bin Salmanın göstərişi ilə Salman bin Əbduləzizin yaşadığı məkana basqın edib, atası, həyat yoldaşı və kiçik yaşlı qızının gözləri önündə onu döyərək, həbs edib, naməlum məkana köçürdüblər.”
Hatem əlavə edib: “Muhəmməd bin Salmanın bu hərəkəti barədə indiyədək heç bir rəsmi xəbər verilməyibdir.”
Həbs olunmuş şahzadənin vəkili əlavə edib: “Amerika üçün bir oyuncaq olan Muhəmməd bin Salman hər bir cəhətdən naşıdır.”


57 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi