Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2018

2017-nin 7 ayında əməkhaqqı cəmi 5 manat artıb

2017-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521,2 min nəfər olmuş, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 640,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Muzdla işləyənlərin 21,8 faizi təhsil, 19,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 525,0 manat olmuşdur.

Qeyd etmək lazımdır ki, Dövlət Statistika Komitəsinin ötən ilin ortalarında verdiyi məlumata görə 2017-ci ilin mayın 1-nə kimi aylıq orta əməkhaqqı 520 manat olub.

Son məlumat göstərir ki, ötən ilin 7 ayında artım cəmi 5 manat təşkil edib.


394 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP