Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2018

ABŞ ən təhlükəli dövlətdir - Kadırov

ABŞ artıq çoxdandır ki, ən təhlükəli dövlətdir.

Bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Amerikalıların peyda olduqları yerlərdə nə sadə ABŞ vətəndaşları, nə də biznes tərəfdaşları yoxdur. Diplomatik missiya daşıyıcıları isə ölüm, münaqişə və müharibəyə başlayırlar. Yaxın Şərqdə hərbi münaqişələrlə təxribat törətmək, müxtəlif dövlətlərə düşmənçilik və nifrət aşılamaqla ABŞ artıq çoxdan ən təhlükəli dövlətə çevrilib”, - Kadırov bildirib.

Kadırov Yaxın Şərqdə mülki əhalinin ölümündə və Avropanın qaçqınlar, qaçaq terrorçularla yüklənməsində məhz amerikalı həmkarlarının günahkar olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ rəsmiləri intriqalarının zəiflədiyini başa düşür, ancaq bu prosesin qarşısını ala bilmir.


62 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi