Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2018

Ərəbistanda şahzadə ovu davam edir

Səudiyyə Ərəbistanında su oyunları federasiyasının rəhbəri saxlanılıb.
Səudiyyə idman heyət sədri Şahzadə Türki Ali Şeyx, su oyunları federasiyasının sədri Abdullah bin Səud bin Muhəmmədi postundan kənarlaşdırılıb.
Abdullah bin Səud bin Muhəmməd 3 ay öncə bu vəzifəyə seçilmişdi. Onun, Səud rejimi tərəfindən 11 şahzadənin həbsinə etiraz etdiyinə görə saxlanıldığı və “əl-Hair” həbsxanasına aparıldığı bildirilir.
“Əl-Hair” həbsxanası Riyadın cənubunda olan ən böyük həbsxanadır. Deyilənə görə, bu həbsxanada terrorçular və siyasi məhbuslar saxlanılır.
Həftənin birinci günü Abdullah bin Səud bin Muhəmməd səs yazsını paylaşaraq, Riyad krallıq sarayında həbs olunan 11 şahzadəylə bağlı fikirlərini açıqlamışdı.
Amerikadan idarə olunan və Səudiyyənin müxalif saytlarından hesab olunan “Vatan”-in verdiyi xəbərə görə, Abdullah bin Səud, həmçinin Ciddə şəhərinin sənaye və ticarət otağının komitə sədri, ölkənin ali məhkəməsinin 11 şahzadəylə bağlı fikirlərinə şəklə yanaşırlar.
Bu şahzadə səs yazsında deyib ki, dövlətin bu barədə dedikləri (şahzadələrin kamunal ödəmələri aparmadıqlarına görə həbs olunması) yanlış və batildir.
Səud vəliəhdi Muhəmməd bin Salman, “Fəsadla mübarizə” adlandırdığı qurumu təşkil etmək məqsədiylə, bir sıra Səud şahzadələrini fəsadda ittiham edərək, “Ritz Karlton” hotelində həbs edib.
Qərb mənbələrinin ifşa etdiyinə görə, Səuiyyənin ciddi büdcə çatışmamazlığına görə, bin Salman onlarla şahzadənin mal varlığının 2/3-ni onlardan almaq, daha sonra isə onları sərbəst buraxmaq niyyətindədir.
“Vatan” saytı həmçinin yazıb ki, 11 şahzadənin də saxlanılma səbəbi bu həbslərə etirazları olub. Lakin ölkə məhkəməsi onları, işıq pulunu ödəməməkdə ittiham edib.


381 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.07.18, 07:52
Balıq yeyin
Go to TOP