Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2018

Bakı metrosunda intihar

Bakıda metroda intihara cəhd hadisəsi baş verib. Saat 09:18 radələrində "Həzi Aslanov"-"Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı əsalı kişi özünü qatarın altına atmağa cəhd edib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib.

Onun sözlərinə görə, hadisə metronun "Qara Qarayev" stansiyasında baş verib:

“Maşinistin sayıqlığı nəticəsində intiharın qarşısı alınıb. Yaşlı kişi özünü qatarın altına atmaq istəyəndə qatar onu vurub və o platformaya düşərək ciddi xəsarətlər alıb. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib. İntihara cəhd edən şəxsin kimliyi hələ məlum deyil”./teleqraf/


255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.18, 14:35
Başımıza gələn nazir
Go to TOP