Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2018

PKK-çı qadınların şok etirafları: ABŞ və ingilis hərbçiləri…

Suriyadakı YPG-dən qaçaraq Türkiyəyə sığınmış 3 qadın bəzi sirləri açıb.

Türkiyənin “Yeni Şəfəq” qəzetinə istinadla xəbər verir ki, Suriyanın Azez bölgəsindən sərhədi keçərək təhlükəsizlik qüvvələrinə təslim olan və silahlı terror təşkilatına üzvlük maddəsi ilə ittiham edilən qadınlar YPG-nin nəzarətindəki bəzi bölgələrdə Qərb ölkələrinin hərbi düşərgələr saldığını etiraf ediblər.

Onların sözlərinə görə, Suriyada xidmət aparan amerikalı və ingilis əsgərlər YPG geyimlərindən tez-tez istifadə edərək döyüşlərə qatılırlar.

Terrorçu qadınlar bildiriblər ki, YPG silahlılarının bütün lazımi ehtiyaclarını ABŞ ödəyir:

“YPG-nin hər taborunda 3-5 amerikalı, kanadalı və ya ingiltərəli əsgərlər də var. Komandirlərimiz bütün lazımi ehtiyacları onlara çatdırırlar. Bir neçə gün sonra ehtiyaclarımız tam ödənir”.


325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.07.18, 07:52
Balıq yeyin
Go to TOP