Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2018

Myanmada müsəlmanlara aid kütləvi məzarlıq aşkarlanıb

Myanma ordusunun komandanlıq ofisi bu ölkədə rohinca müsəlmanlarına aid kütləvi məzarlığın aşkarlandığını bildirib.
Myanma ordusu çərşənbə günü təsdiqləyib ki, təhlükəsizlik məmurları və radikal buddistlərin qətlə yetirdiyi 10 rohinca müsəlmanının cəsədi Raxin əyalətində bir kənddə aşkarlanıb.
Bu arada BMT-nin Uşaq Fondu YUNİSEF-in sözçüsü Markis Merkado rohinca uşaqlarının acınacaqlı durumu haqda xəbərdarlıq edib.
Markis Merkado əlavə edib: “Myanmada rohinca müsəlmanlarının səhiyyə və ərzaq durumu acınacaqlıdır.”
2017-ci il 25 avqustdan bəri Myanmanın Raxin əyalətində rohinca müsəlmanlarına qarşı ordu və radikal buddistlərin hücumları nəticəsində 6 mindən çox müsəlman həlak olub, 8 min nəfər yaralanıb, 80 mindən çox rohinca da Banqladeşə qaçmağa məcbur olub.


68 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi