Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2018

İstanbulda Türkiyə, Rusiya və İran prezidentlərinin zirvə toplantısı keçiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

NTV xəbər verir ki, telefon danışığı zamanı Afrin və İdlib başda olmaqla Suriyadakı son vəziyyət müzakirə edilib.

R.T.Ərdoğanla V.Putin Türkiyə, Rusiya və İran prezidentlərinin İstanbulda zirvə toplantısının keçirilməsini razılaşdırıblar. Zirvə toplantısında Suriyadakı böhranın həlli məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, üç ölkə prezidentlərinn birinci görüşü ötən ilin noyabrın 23-də Rusiyanın Soçi şəhərində keçirilib. Həmin görüşdə tərəflər Suriyadakı vəziyyəti müzakirə etmişdi.


78 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP