Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2018

Suriya ABŞ-ı BMT-yə şikayət etdi

ABŞ koalisiyasının Suriya ərazisinə endirdiyi hava zərbəsi hərbi cinayətdir.

Bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“ABŞ koalisiyasının Suriya ərazisindəki qanunsuz hərəkətlərini qınayırıq”, - açıqlamada bildirilib.

XİN həmçinin bununla bağlı BMT Təhlükəsizlik Şurasına və baş katibinə məktub ünvanlayıb.

Qeyd edək ki, ötən gün gecə saatlarında ABŞ-a məxsus qırıcıların Suriya hökumət qüvvələrini bombardman etməsi nəticədə 100-dən çox hərbçinin həlak olması barədə məlumat yayılmışdı.


244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP