Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2018

Telefonlar beyin xərçənginə səbəb ola bilərmi?

Bu sual müxtəlif ölkələrdən olan bir çox alim və tətqiqatçıları narahat edir.

Telefonların beyinin sağlamlığına olan təsirinə onlarla araşdırmalar həsr olunub. Araşdırmaların heç biri telefonların şüalanması ilə beyin xərçəngi arasında əlaqəni aşkar etməyib.

Son belə araşdırma ABŞ-da keçirilib. 2 il ərzində amerikalı alimlər 3000 siçovulun üzərində eksperiment aparıb. Siçovullar xüsusi kameralarda 9 saat ərzində müasir telefonların şüalanmasına məruz qalırdılar.

Eksperiment göstərib ki, şüalanma nəticəsində erkək siçovullarda ürək şişlərinin riski bir qədər artsa da, dişi siçovullarda heç bir dəyişiklik baş verməyib.

Alimlər gəmiricilərdə beyin xərçəngi ilə olan risk aşkar etməyiblər.

Buna baxmayaraq alimlər qeyd edir ki, şüalanmadan ehtiyat edən insan özünü sakitləşdirmək məqsədi ilə qulaqcıqlardan istifadə edə bilər. Bu şüalanmanı minimuma çatdırır.

Həmçinin araşdırma aparan alimlərdən biri Amerika onkoloji cəmiyyətinin nümayəndəsi doktor Otis Brauli etiraf edib ki, öz uşaqlarına 6-8 yaşa qədər telefon verməzdi. Alim izah edib ki, uşaqların kəllə sümükləri böyüklərlə müqayisədə daha nazik olduğundan və beyinləri aktiv şəkildə inkişaf etdiyindən telefonların şüalanması onlar üçün daha təhlükəli ola bilər./sağlamolun/


246 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.05.18, 09:23
Bin Salman haradadır?
Go to TOP